"Bakı-2015” I Avropa Oyunlarının Londonda təqdimatı məqsədi ilə gənclər və idman naziri Azad Rəhimovun bu gün bu şəhərə rəsmi səfəri başlayıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Londonun məşhur "The Dorchester Hotel” ində baş tutacaq qala gecədə nazir Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Coenin çıxışları nəzərdə tutulub.
Təqdimat mərasimi çərçivəsində qonaqlara "Bakı-2015” Avropa Oyunlarına hazırlıqla bağlı video çarx nümayiş olunacaq.