Hövsan Olimpiya Mərkəzində ölüm hadisəsi baş verib. Trend-in məlumatına görə, Hövsan Olimpiya Mərkəzində qaydasız döyüş üzrə keçirilən Azərbaycan çempionatı zamanı ölüm hadisəsi qeydə alınıb.
Mərkəzdə keçirilən qaydasız döyüş zamanı idmançı dünyasını dəyişib. Hüquq-mühafizə orqanları faktı təsdiqləyərək bildiriblər ki, dünyasını dəyişən idmançı 27 yaşlı Ramin Zeynalovdur. İdmançı Quba rayonundan olub.
Ölümün səbəbinin meyitin müayinəsindən sonra bəlli olacağı bildirilir.