"Çox yaxşı bilirsiniz ki, iyun ayında Bakıda idman tarixində ilk dəfə olaraq Avropa Oyunları keçiriləcək. Həmin möhtəşəm idman bayramına hazırlıq üçün bu turnir keçirilir. Çünki adətən Avropa çempionatında hər idman növündə yarışlar ayrı-ayrı keçirilir, bu dəfə isə biz 6 idman növünü cəmləşdirib Milli Gimnastika Arenasında və xüsusi yeni bir proqramla keçiririk". Bunu Trend-ə açıqlamasında Bakıda gimnastika növləri üzrə Açıq birgə ölkə çempionatının keçirilməsinə münasibət bildirərkən Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov deyib.
A.Həsənov vurğulayıb ki, bu, çox əhəmiyyətlidir: "Bilirsiniz ki, bu, ilk dəfədir. Burada bizim əsas məqsədlərimizdən biri də odur ki, bunun hazırlığı necə olacaq, necə keçəcək, bunun sinxronluğu, ardıcıllığı necə olacaq".