Ermənistan Güləş Federasiyası Bakıda keçiriləcək I Avropa Oyunlarında erməni güləşçilərin iştirakının əleyhinədir. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, federasiya məsələni araşdırdıqdan sonra erməni güləşçilərin Oyunlarda iştirakını mənasız və qeyri-məqsədəuyğun hesab edib.
Məlumata görə, federasiya qərarını yaxın vaxtlarda İdman Nazirliyinə və Olimpiya Komitəsinə açıqlayacaq.