"Martın ortalarına Bakıda iyun ayında keçiriləcək Avropa Oyunlarına biletlərlə bağlı ətraflı məlumat əldə etmək mümkün olacaq". Trend-in məlumatına görə, bu barədə ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin idman departamentinin direktoru Pirs O'Kallahan Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, məlumat martın 19-da yayılacaq.