Gimnastikanın inkişafı insanların sağlamlığına yönəlib. Trend-in məlumatına görə, bunu Avropa Gimnastika İttifaqının prezidenti Jorj Gelzek Bakıda keçirilən mətbuat konfransında deyib.
O, qeyd edib ki, gimnastika ümumilikdə əhali, xüsusilə də uşaqlar üçün çox vacibdir.
İlk Avropa Oyunlarının Əməliyyat Komitəsinin idman departamentinin direktoru Pirs O'Kallahan qeyd edib ki, Avropa idmanı üçün olduqca həyəcanlı, tarixi dövr yaxınlaşır.
Onun sözlərinə görə, hazırda iyunda Bakıda təşkil olunacaq I Avropa Oyunlarına hazırlıq üzrə tədbirlər keçirilir: "Bu tədbirlər çox vacibdir. Onlar I Avropa Oyunlarının keçirilməsi üçün meydançaların hazırlığını yoxlamağa imkan verir".