17/06/2019 03:39
728 x 90

Paşinyan vəziyyətdən çıxmaq üçün daha bir absurd üsula əl atdı – “işğal olunmuş ərazilər” sözünə etiraz etdi...

img

Rusiyanın Sankt-Peterburq şəhərində mətbuat konfransında medianın suallarını cavablandıran Ermənistan Baş naziri Nikol Paşinyan azərbaycanlı jurnalistin verdiyi suala cavabdan yayınmaq üçün yeni üsula əl atıb.

Baki-xeber.com-un xəbərinə görə, ona ünvanlanan suala birmənalı cavab vermək istəməyən Paşinyan jurnalistin işlətdiyi “işğal olunmuş ərazilər” ifadəsinə etiraz edib. Xəbərə görə, o deyib ki, əsrlərlə (!) eyni ərazidə yaşayan bir toplum o ərazini necə işğal edə bilər? Lakin o, bununla əslində özünü daha gülünc bir duruma düşürdüyünün fərqinə varmayıb. Çünki onun bu absurd fikri sözügedən ərazinin azərbaycanlı sakinləri ilə bağlı yeni məntiqi sualların  yaranmasına gətirib ki, Paşinyanın bu suallardan hansı manevrlərlə boyun qaçıracağı maraqlı görünür.

Son xəbərlər