17/06/2019 03:26
728 x 90

Səbailin İcra başçısı Jurnalist binalarının sakinləri ilə görüşdü - FOTO

img

Bakının Səbail rayonunun İcra başçısı Vüqar Zeynalov iyunun 8-də rayon ərazisində Prezidentin nəcib təşəbbüsü ilə jurnalistlər üçün tikilmiş binaların sakinləri ilə görüşüb.

Baki-xeber.com-un xəbərinə görə, şənbə, yəni qeyri-iş günü olmasına baxmayaraq əraziyə gələn İcra başçısı sakin-jurnalistlərin şikayət və təkliflərini dinləyib, onları maraqlandıran suallara cavab verib. Səmimi atmosferdə keçən görüşdə jurnalistlər yol problemindən tutmuş marşrut məsələsinə qədər bir çox problemlərə diqqət çəkib, bir sıra kommunal xidmətlərdəki qüsurları sadalayıblar.

Görüşün sonunda Vüqar Zeynalov jurnalistləri problemlərin həllinə yardımçı olacağına əmin edib.  Allah utandırmasın.

Son xəbərlər