Cümə axşamı günü, 15 oktyabr 2026
     

Samsundan başlayan yol...

Image


“Atatürkün Samsuna çıxışı ilə başlayan Milli Mücadilə sadəcə Türkiyənin deyil, bütün türk dünyasının yenidən dirçəlişini başlatdı”
Samsun Qaradəniz bölgəsinin orta bölümündə yerləşir. Ərazisinin 45%-i dağlıqdır. Əhalisi bir milyon yarıma yaxınlaşan bu yaşayış məntəsinin idarəçiliyi şəhər bələdiyyəsi və valilik tərəfindən həyata keçirilir. Şərqdən Ordu, cənubdan Tokat və Amasiya, qərbdən isə Corum və Sinopla qonşudur. Samsun Türkiyənin əsas limanlarından biri, eyniadlı əyalətin inzibati mərkəzidir və mühüm nəqliyyat qovşağıdır.
Biz Samsuna İstanbuldan təyyarə ilə gəldik. Buradakı hava limanından Ankara və İzmirlə yanaşı, Almaniya, Avstriya və Küveytin 8 şəhərinə birbaşa uçuşlar həyata keçirilir. Bölgənin təhsil, tibbi, sənaye və ticarət baxımından ən inkişaf etmiş şəhəri olan Samsun “Qaradənzin paytaxtı” və “Atatürkün şəhəri” kimi tanınır.
Samsunun Türkiyə tarixində məşhurlaşması, həm də Mustafa Kamal Atatürk və 18 silah arkadaşının Milli Mücadələni başlamaq üçün bura gəlməsiylə bağlıdır. 
Əslində Azərbaycan qaziləri və hərbi yönümlü QHT nümayəndələrinin Türkiyəyə səfərinin burdan başlamasının səbəbi də elə bu mücadilənin 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək idi. 
Nümayəndə heyəti Azərbaycan Respublikasının Prezdenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Gənclər və İdman Nazirliyinin əməkdaşı Elçin Nəcəfov, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədr müavini, İctimai Televiziyanın Qarabağ müxbiri Şöhrət Eyvazov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Mürsəl Qurbanlı və Aprel qazilərindən ibarət idi. Səfərə Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvətiylə gəlmişdik.
Gənclər və İdman Nazirliyinin dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə hazırlanmış proqram çərçivəsində Türkiyə qaziləriylə Samsun və İstanbul şəhərlərinində dövlət və qeyri-hökumət təşkilatlarıyla müxtəlif görüşlərin keçirilməsi nəzərdə tutulmuşdu.  Təyyarə ilə İstanbula gəldik – dünyanın ən böyük hava limanına. İki saat sonra isə Samsuna uçduq. Mayın 18-i gecə saatlarında çatdıq Samsuna və şəhərin mərkəzindəki otellərin birinə yerləşdik. Bizə dedilər ki, bu vaxtlar Samsuna Türkiyənin hər yerindən çoxlu qonaqlar gəlir və yer tapmaq çətinləşir.
19 may qardaş ölkədə Atattürkü anma, Gənclik və İdman bayramı kimi qeyd olunur. Bizim qaldığımız otel Cumhuriyyət Meydanında yaxınlığında idi. Səhər saatlarında Türkiyə Müharib Qazilər birliyinin nümayəndələri ilə birlikdə Mustafa Kamal Atatürk ve döyüş yoldaşlarının Milli Mücadələni başlatmaq üçün Samsuna çıxışının 100-cü ildönmü münasibətiylə bu meydanda keçirilən bayram tədbirinə qatıldıq.
“Yazıyor, yazıyor Mustafa Kamalın Samsuna çıkışını yazıyor”
Bu sözləri car çəkərək bir əsr əvvəlin geyimini geyən bir gənc “Meşale” adlı qəzeti paylayır. Qəzetdə “100 il əvvəl Samsunda bir qəzet çıxarılsaydı, hansı xəbərlər olardı?” sualına cavab verən materiallar var.
Məlumat alırıq ki, Milli Qurtuluş mübarizəsinin başlanğıcı kimi qəbul olunan 19 mayın hər il 1926-cı ildə “Qazi günü” kimi qeyd olunmasına qərara alınıb. 
1938-ci ildə Türkiyə Böyük Millət Məclisi mayın 19-unu “Gənclik və İdman bayramı” elan etdi. Atatürk özü də 19 may 1938-ci ildə Ankara stadionunda keçirilən bayram mərasimində iştirak etdi. 1981-ci ildən isə bu bayram “Atatürkü anma, “Gənclik və İdman bayramı” adıyla böyük coşğuyla qeyd olunur.
Atatürkü Anma, Gənclik və İdman Bayramının qeyd olunması Samsun Səhra Səhiyyə Okulu ve Tədris Mərkəzi Komandanlığının Bölgə Bando Taqımının müşayiətiylə İstiqlal Marşının oxunmasıyla başladı.
Samsun valisi Osman Kaymak Mustafa Kamal Atatürkün mayın 16-da İstanbuldan yola çıxaraq üç gün sonra Samsuna çatması ilə başlayan istiqlal mübarizəsinin başladığı günün – 19 mayın tarixi əhəmiyyətindən danışdı. Bayram tədbirində Türkiyənin “Mehtəran” bölüyünün və müxtəlif qrupların təqdim etdiyi konsert proqramı böyük maraqla qarşılandı.
“Bir millət, iki dövlətik”
Mərasimdə Türkiyə Müharibə Veteranları Dərnəyinin rəhbəri Şükrü Tandoğan çıxış edərək qardaş ölkələrimiz arasında əlaqələrimizin bütün sahələrdə sürətlə inkişafından, sıx əməkdaşlıqdan, ortaq qayğılardan və əldə olunan uğurlardan söz açdı.
Şükrü Tandoğan ötən ilin sentyabrında bir qrup qazi yoldaşıyla birlikdə Bakıya səfərindən danışaraq Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etməsindən söz açdı. 
 Bayram tədbirində Azərbaycandan nümayəndə heyətinin iştirak etməsi xəbəri alqışla qarşılandı. 
Azərbaycan nümayəndə heyətinin adından Azərbaycan Respublikasının Prezdenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli çıxışında qardaş ölkənin xalqını bu böyük tarixi gün münasibətilə təbrik edib, Cümhuriyyətin qüdrətli, əbədi və sarsılmaz dövlət kimi daim var olmasını arzuladı.
O, Bakının azad edilməsində Türk ordusunun önəmli rolundan, Çanaqqala savaşında azərbaycanlıların döyüşməsindən, 3 mindən çox azərbaycanlının şəhid olmasından, İstiqlal savaşında azərbaycanlıların dəstəyindən, o cümlədən bu günkü Türkiyə-Azərbaycan əlaqələrinin inkişafından danışıb. Ümummlii lider Heydər Əliyevin “Bir millət - iki dövlət” və ulu öndər Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” fikirlərini xatırladaraq bu iki dövlət arasında münasibətlərinin getdikcə daha sıxlaşmasından söz açıb. O, Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin “Bir millətin iki diasporu ola bilməz” sözlərinin qarşlıqlı fəaliyyət üçün yeni priorietlər müəyyənləşdirdiyini də bildirdi: - “Qloballaşan dünyada milli kimliyi qorumaq çox vacibdir. Bu yolda Azərbaycan və Tükiyənin yanaşı addımlaması dostlarda sevinc, düşmənlərdə həsəd yaradır”.
Emin Həsənli 19 mayın tarixi –siyasi əhəmiyyətini də vurğuladı: “Atatürkün Samsuna çıxışı ilə başlayan Milli Mücadilə sadəcə Türkiyənin deyil, bütün türk dünyasının yenidən dirçəlişini başlatdı”.
Daha sonra Samsun valisinə Azərbaycan bayrağı hədiyyə etdik.
Unudulmaz görüş
Axşam isə Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın Samsunda verdiyi iftar mərasimində iştirak etdik. Mərasimdə iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşdük, xatirə şəkili çəkdirdik.
Səfərimizin ən maraqlı və yadda qalan anları isə iftar mərasimindən sonra Rəcəb Tayyib Ərdoğanın bizimlə görüşməsi oldu. Söhbət zamanı Rəcəb Tayyib Ərdoğan Azərbaycanın qardaş ölkə olduğunu, qazilərimizin haqq uğrunda döyüşdüyünü qeyd etdi.
Nümayəndə heyətinin rəhbəri Emin Həsənli isə bu iki ölkənin bir millət iki dövlət olduğunu xatırladaraq bildirdi ki, iki qardaş ölkənin dövlət qurumları arasında olan yüksək səviyyəli münasibətlər Qeyri-Hökumət Təşkilatları müstəvisində də uğurla inkişaf edir. Bundan başqa, o, vurğuladı ki, Azərbaycan və Türkiyə qaziləri arasında qarşılıqlı səfərlərin təşkili 4 il əvvəl başlanıb və uğurla davam etdirilir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli ölkələrimiz arasında dostluq və qardaşlığın möhkəmlənməsi istiqamətində atdığı addımlara görə prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirdi. Nümayəndə heyətimizlə səmimi söhbət edən Rəcəb Tayyib Ərdoğana Azərbaycan təmsiçiləri tərəfindən iki qardaş ölkənin – Azərbaycan və Türkiyə Prezidentlərinin birgə portreti, “Vətən naminə” medalı, 1918-ci ildə Türk ordusunun Bakıya gəliş tablosu və digər hədiyyələr təqdim olundu və xatirə şəkilləri çəkdirildi.
Görüşlə bağlı açıqlama verən Emin Həsənli bildirdi ki, Türkiyə prezidenti ilə belə bir önəmli gündə görüşmək gözəl bir fürsət idi: “Atatürkü anma, gənclik və idman bayramı Türkiyə və bütün türk dünyası üçün önəmli bir bayramdır. Belə bir gündə türkiyəli qazi qardaşlarımızla bərabər olmaq üçün böyük bir nümayəndə heyətilə Samsuna səfər təşkil etdik. Burada çox yüksək səviyyədə qarşılanma oldu. Şəhərin Cümhuriyyət meydanında keçirilən bayram törənində iştirak etdik. Törəndə çıxış etdim və Azərbaycan cəmiyyətinin, qazilərinin təbrikini çatdırdım. Sonra Prezident Ərdoğanın verdiyi iftar mərasimində onunla görüşdük və ürək sözlərimizi çatdırdıq, təbrik etdik. Bakıdan apardığımız hədiyyələri şəxsən cənab prezidentə təqdim etdik. Tədbirin protokolu öncədən müəyyən edilmişdi. Nəzərdə tutulmuşdu ki, Azərbaycandan gedən heyətin Türkiyə prezidenti ilə görüşü olacaq. Görüşdə Rəcəb Tayyib Ərdoğan əminliklə ifadə etdi ki, Azərbaycan mütləq öz torpaqlarına qayıdacaq. Bunun üçün ölkəsinin nə lazımdırsa, onu etməyə hazır olduğunu bəyan etdi. Ulu öndərimiz Heydər Əliyevin “Bir millət iki dövlət” fikirlərini xatırlatdım. Türkiyənin beynəlxalq aləmdə haqq işimizi müdafiə etdiyinə, ölkəmizlə ən yüksək səviyyədə əlaqələr qurduğuna görə Rəcəb Tayyib Ərdoğana qazilərimizin, gənclərimizin salamlarını, təşəkkürlərini çatdırdım. Cənab Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın birlikdə olan rəsmini – Azərbaycan rəssamlarının hazırladığı tablonu Türkiyənin Cümhurbaşqanına təqdim etdim. Eyni zamanda Qarabağ əlilləri, şəhid ailələri və müharibə veteranları təşkilatının “Vətən naminə” medalını Rəcəb Tayyib Ərdoğana təqdim etdik. Türk ordusunun 1918-ci ildə Bakıya girişlərinin tablosu çəkilmişdi. O tablo da hədiyyə olundu. Ərdoğan hədiyyələrə görə təşəkkürünü bildirdi. Bu görüşdən məmnunluğunu da ifadə etdi, qazilərimizin sağlamlıqları ilə maraqlandı. Biz qazilərimizə, müharibə veteranlarına, şəhid ailələrinə ölkəmizdə olan qayğını Türkiyə prezidentinin diqqətinə çatdırdıq. Görüşdə iştirakdan sonra hər birimiz Azərbaycan dövlətinə və xalqına Türkiyə dövlətinin, onun rəsmilərinin, türk xalqının münasibətini öz üzərimizdə hiss etdik. 
Azərbyacan nümayəndə heyətinin Rəcəb Tayyib Ərdoğanla görüşü sosial şəbəkələrdə və ölkə mediasında geniş əks-səda yaratdı. Televiziya kanallarında, müxtəlif qəzet və xəbər saytlarında bu barədə xəbərlər yayımlandı.
Qeyd edək ki, bu görüşlər Türkiyə mediasının da diqqət mərkəzində oldu. Türkiyə Cumhuriyyəti Cumhurbaşqanlığının rəsmi www.tccb.gov. tr  saytında prezident Rəcəb Tayyib Ərdoğanın Samsunda səfərdə olan Azərbaycan qaziləri ilə görüşünü əks etdirən fotolar paylaşıldı. Samsun bələdiyiyyəsinin saytında və vilayət qəzetlərində səfər haqqında məlumatlar verldi. 
(ardı var)
Şöhrət EYVAZOV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ