27/06/2019 11:12
728 x 90

Rusiya Müdafiə nazirinin müşaviri ABŞ-n Qafqazla bağlı siyasətini şərh etdi

img

Rusiya Müdafiə nazirinin müşaviri ABŞ-ın dövlət siyasəti problemlərinin həllini hazırlayan RAND Corporation qeyri-kommersiya tədqiqat institutunun "rəqibin potensial çağırışları qarşısında" ayıq-sayıq olmağı Ermənistana tövsiyə edən məruzəsi ilə bağlı narahatlıqlarını bölüşüb.

"Zvezda" telekanalına məsələni şərh edən Andrey İlnitski ABŞ-ın Cənubi Qafqaz regionundakı labüd rolu barədə xəbərdarlıq edərək, Rusiya ilə birgə müqavimət üsullarından ətraflı söhbət açıb. ABŞ-ı “Qafqazda qaçılmaz olaraq rol oynayacaq oyunçu” adlandıran İlnitski deyib ki, ABŞ Rusiyanın Cənubi Qafqazda çox möhkəm mövqe tutduğunu etiraf edir, lakin cənubda Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi fonunda ziddiyyətlər heç də oyuncaq deyil:”Deyirlər, Azərbaycan Qərbə doğru irəliləyəcək", - deyən İlyinski qeyd edib ki, bir çox hallarda bu təsadüfi deyil, çünki burada təkcə Ermənistan deyil, bütün region diqqət mərkəzindədir və istənilən halda, həm erməni, həm də azərbaycanlı dostlar sayıq olmalıdır:” ...çünki düşmən heç vaxt yatmır”, - deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ-lı məruzə müəllifləri Rusiyanın, "BMT istisna olmaqla", bütün beynəlxalq təşkilatlardan xaric edilməsinə dair maksimum güclü səylərə" çağırıb.

Son xəbərlər