Qondarma “DQR”ın “Müdafiə Nazirliyinin mətbuat katibi” Senor Asratyan Azərbaycan Müdafiə Nazirliyinin "Ermənistan tərəfindən atəş nəticəsində Azərbaycan hərbçisinin öldürülməsi" barədə yaydığı məlumatları şərh edib.
Baki-xeber.com-un xəbərinə görə, acı xəbəri həyasızcasına "növbəti dezinformasiya" adlandıran S. Asratyan bu barədə tezliklə “rəsmi açıqlama” (!) verəcəklərini bildirib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi mayın 30-da Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşi ilə Azərbaycan Ordusunun hərbi qulluqçusu Ömərov Aqil Akif oğlunun qətlə yetirilməsi barədə xəbər yayıb və şəhidin ailəsinə başsağlığı verib.