Ötən həftə Rusiyanın Xarici işlər naziri Sergey lavrovla telefon danışığından sonra Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanın halı qəfil pisləşib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “168 jam” erməni saytı xəbər verib. Xəbərdə deyilir ki, erməni nazir rusiyalı həmkarı ilə çox gərgin telefon danışığı aparıb və həmin gərginlik üzündən halı necə pisləşibsə, əməkdaşlar Təcili yardım çağırmaq zorunda qalıblar.
Xəbərə görə, telefon söhbəti Mnatsakanyanın təşəbbüsü ilə baş tutub. Söhbətin detalları açıqlanmasa da, bildirilir ki, nazirin arterial təzyiqinin qalxmasına söhbətin məhz onun istədiyi istiqamətdə getməməsi səbəb olub.