çərşənbə axşamı günü, 18 avqust 2026
     

İsrailin İ24 xəbər telekanalı Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha beynəlxalq aləmə duyurdu

Image


Azərbaycan Odlar Diyarıdır. Bu od, həm çoxlarının qəlbinə hərarət verir, həm də ərazilərinin Ermənistan tərəfindən işğal edilməsindən zərər çəkmiş Azərbaycan xalqının tarixinə işıq saçır.

Baki-xeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, israilli jurnalist Daniel Tsemax İsrailin nüfuzlu İ24 telekanalında nümayiş etdirilmiş süjetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti barədə söhbət açır: https://www.youtube.com/watch?v=G3wUB5yC-PM Jurnalistin sözlərinə görə, Sovet imperiyasının dağılmasından keçən 27 ildən artıq müddətdə Azərbaycan onun ərazisinin 20 faizini işğal etmiş qonşu Ermənistanın ərazi iddiaları ilə bağlı etnik münaqişədən əziyyət çəkir. Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonun ərazisi Ermənistan tərəfindən işğal edilib. İsrailli jurnalist vurğulayır ki, Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir. Daniel Tsemaxın sözlərinə görə, illər boyu mövcud olan atəşkəs rejiminə baxmayaraq bu illər ərzində Ermənistanla Azərbaycan arasında vaxtaşırı döyüş əməliyyatları baş verib. İsrailli jurnalist öz süjetində deyib: “Sonuncu tammiqyaslı hərbi qarşıdurma 2016-cı ilin aprelində baş verib. Azərbaycan silahlı qüvvələri 2016-cı il aprelin əvvəlində Ermənistanın hərbi provokasiyalarına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə erməni ordusuna sarsıdıcı hərbi zərbələr endirib. Bu döyüşlərin sübutları hələ itməyib”. Tsemax yazır ki, cəmi bir neçə il bundan əvvəl ermənilərin atdığı minomyot mərmiləri Tərtər rayonunun mərkəzindəki binalara düşüb. Qanlı münaqişənin izləri bu şəhərdə hələ də qalır, münaqişə hər gün davam edir. Lakin bu münaqişə Azərbaycan əhalisini daha sıx birləşdirib, xalq daha dözümlü olub, öz torpağına daha möhkəm bağlanıb. Tərtər sakini Bulud Budaqov: “Münaqişənin lap əvvəlindən biz buradayıq və heç yerə getməyəcəyik. Ölsək də burada öləcəyik. Bu, bizim torpağımızdır, bu torpaq bizə, bizim xalqımıza məxsusdur. Biz başqasının torpaqlarına iddia etmirik, öz torpağımızda rahat yaşamaq istəyirik”. İsrailli jurnalist deyir: “İşğal edilmiş Azərbaycan əraziləri ilə təmas xəttinə yaxınlaşdıqda orada yandırılmış torpağı, dağıdılmış evləri və viran edilmiş məzarlıqları görürük. Biz bilirik ki, Ermənistan ilə Azərbaycan arasında ərazi münaqişəsi nəticəsində qurbanlar çox olub. Erməni silahlı dəstələri tərəfindən dağıdılmış bu evdə sözün həqiqi mənasında faciə baş verib. 2016-cı ilin aprel ayında ermənilər tərəfindən buraxılmış raket birbaşa bu evə düşərək onu dağıdıb. Həlak olmuş azərbaycanlı TƏRANƏ HƏSƏNOVANIN ANASI deyir: “Mənim evim raket zərbəsi ilə dağıdılıb. Ermənilərin atdığı mərmi evimin həyətinə düşəndə 16 yaşlı qızım Təranə Həsənova faciəvi şəkildə həlak olub”. Tsemax qeyd edir ki, azərbaycanlıların sözlərinə görə, ermənilər daim provokasiya və təxribatlar törədir, Azərbaycan kəndlərini atəşə tutur, nəticədə dinc əhali arasında tələfat olur. Öz doğma torpaqlarını işğalçılardan azad etməyə çalışan Azərbaycanlı əsgərlər fədakarcasına döyüşərək, möhkəmlədilmiş yüksəklikləri qısa müddətdə tutub və erməniləri oradan çıxarıblar. Hasarlar, minalar, pulemyot və artilleriya atəşləri bu əsgərləri dayandırmayıb. Lələtəpə yaxınlığında şiddətli döyüşdə Azərbaycan silahlı qüvvələri Cocuq Mərcanlı kəndinin yaxınlığındakı strateji əhəmiyyətli döyüş postunu tutublar. Azərbaycan hökuməti bu kəndi bərpa edib və kəndin əvvəlki sakinlərinin hamısı oraya qayıda biliblər. Ermənilər həm Lələtəpədə, həm də Cocuq Mərcanlı kəndi uğrunda döyüşdə rus tanklarından və artilleriya silahlarından istifadə ediblər. Azərbaycan müdafiə nazirinin müavini general Kərim Vəliyev: “Ermənistanda Rusiyanın hərbi bazaları var, onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlıq edir və eyni hərbi struktura daxildirlər”. Kərim Vəliyev deyir: “Biz Rusiyadan silahları pulla alırıq, Ermənistana isə Rusiya silahı pulsuz verir. Əlbəttə, belə bir fikir yaranır ki, görünür, bəzi ölkələr bu münaqişəsinin davam etməsində maraqlıdırlar”. Süjetin sonunda studiyada çıxış edən Daniel Tsemax vurğulayır ki, bu gün İsrail ilə Azərbaycan arasında strateji tərəfdaşlıq yüksək səviyyədədir. Məhz Azərbaycan ilə İsrailin hərbi əməkdaşlığı sayəsində regionda qüvvələr nisbəti əsaslı şəkildə dəyişib və Azərbaycan silahlı qüvvələri praktiki olaraq bir neçə gün ərzində işğalçı erməni ordusunun ön hissələrini məhv ediblər. Tsemax vurğulayır ki, bu gün Azərbaycan ilə İsrail arasında hərbi və hərbi-texniki sahədə münasibətlər tərəfdaşlıq münasibətləri kimi səciyyələnir. İsrailin nüfuzlu İ24 xəbərlər telekanalının israilli jurnalisti Daniel Tsemax öz süjetinin sonunda deyir: “İndiki halda tərəfdaşlıq çox yüksək səviyyədədir, ikitərəfli siyasi və iqtisadi münasibətləri etimada əsaslanan yüksək səviyyəli strateji tərəfdaşlıq hesab etmək olar”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ