Cümə axşamı günü, 15 oktyabr 2026
     

“Unibank” kredit məsələsində jurnalistə qarşı məhkəmə predmeti olan 4 qanunsuzluğa yol verib...

Image


“Bakı Xəbər” qəzetinin əməkdaşı Samirə Səfərovanın 2013-cü ilin avqustunda “Unibank”dan kredit götürməsi və iki il keçmədən ciddi problemlərlə üzləşməsi barədə xəbər vermişdik.

Bu barədə oxumayanlar üçün qısaca xatırlatma verək ki, 2013-cü ilin avqustunda əməkdaşımız “Unibank”dan 3 min manat kredit və min manatlıq Al kart götürüb.  Bir il aylıq ödənişlərini düzənli etdikdən sonra 2014-cü ilin iyul ayında yenidən həmin banka müraciət edərək daha min manat kredit götürüb, bu krediti isə ona dollarla hesablayacaqlarını bildiriblər, jurnalist dollarla istəmədiyini dedikdə isə bildiriblər ki, pulu ona manatla verəcəklər. Lakin çox keçmədən, ayda bir neçə dəfə ödəniş etmək həm maddi, həm də fiziki cəhətdən çətinlik törətdiyi üçün banka müraciət edərək kreditlərinin birləşdirilməsini və beləliklə ayda bir dəfə ödəniş etməsini istəyib və 2014-cü ilin dekabrında onun kreditlərini birləşdirərək ümumi məbləğin 5 min dollar etdiyini deyiblər (manatla bu məbləğ 3900 manat idi-red). Bildiriblər ki, hazırda bank manatla kredit vermədiyindən (!) onun da borcunu dollarla sənədləşdiriblər. Əməkdaşımız buna etiraz etdikdə isə deyiblər ki, bunun sizə dəxli yoxdu, siz ödənişlərinizi dollar ekvivalentində manatla edəcəksiz. Lakin iki ay keçmədən, məsələnin xanım jurnalistə dəxli olub, özü də birbaşa anlamda. Belə ki, 2015-i ilin fevralında devalvasiya baş verib və bankdan əməkdaşımıza zəng vurub deyiblər ki, bundan sonra aylıq ödənişləriniz 160 deyil, 192 manat təşkil edir. Əməkdaşımız banka gedərək buna etiraz edib, bildirib ki, bankdan kreditləri manatla götürüb və onların həmin məbləği dollara çevirməsinə də etiraz edib, lakin onu arxayın ediblər ki, heç bir şey baş verən deyil, o üzdən də ona hansısa şəkildə güzəşt tanınmalıdır. Lakin bankın heç bir yetkilisi onu qəbul etmək istəməyib, sıravi işçilər isə bunun onların səlahiyyətində olmadığını bildiriblər. Əlacsız qalan əməkdaşımız aylıq ödənişlərini əvvəlki qaydada – 160 manatdan ödəməkdə davam edib. Lakin 3 ay belə davam etdikdən sonra bank, ayda 160 manat ödəniş etməsinə və bunu heç bir halda yubandırmamasına rəğmən, onu məhkəməyə verib. Üstəlik, Səbail məhkəməsi də vətəndaşın mənafeyinə etinasızlıq göstərərək bankın xeyrinə addım atıb və aylıq maaşının 50 faizinin (!) bankın xeyrinə tutulması barədə qərar çıxarıb. Ədalət mühakiməsindən əli üzülən S.Səfərova 2018-ci ilin sentyabrına kimi ödənişlərini ayda 100 manat olmaqla bu şəkildə edib. Ötən ilin sentyabrında isə bankın əməkdaşları yenidən jurnalistə hər gün zəng etməyə başlayıblar. Gündə bir neçə dəfə əməkdaşımıza telefon açan “Unibank” işçiləri onu hər vəchlə inandırmağa çalışıblar ki, gəlib borcunu yenidən hesablatsa onun üzərindən məhkəmə qətnaməsi götürüləcək. Hətta deyiblər ki, bunu edərsinizsə, sizə yenidən kredit verməyə də hazırıq. Əməkdaşımız bir neçə gün bu zənglərə əhəmiyyət verməyib, bildirib ki, ona heç nə lazım deyil və borcunu eyni şəkildə ödəməkdə davam edəcək. Lakin israrlı zənglər öz işini görüb. Sentyabrın 13-də əməkdaşımız bankın Nərimanov rayonundakı filialına gedib və ona bildiriblər ki, sizə ən aşağı faiz tətbiq olunacaq, cəmi 15 faiz. Məhz bundan sonra məsələnin mahiyyəti əməkdaşımıza aydın olub – sən demə, məhkəmə qərarı qüvvədə olduğu müddətdə bank özünün soyğunçu faiz siyasətindən məhrum qalıbmış! Lakin bu sa son deyil. Əməkdaşımız sənədləri imzalayıb qalxarkən digər bank işçisinin qarşısındakı müştəriyə borcunu 7 faizlə (!) hesabladığını dediyini eşidib, lakin “bəs onda mənə niyə 15 faiz” sualı havadan asılı qalıb. Beləliklə, yeni qrafikə əsasən əməkdaşımız ötən ilin sentyabrından ayda 120 manat ödəniş etməyə başlayıb. Bu, Prezidentin problemli kreditlərlə bağlı məlum Fərmanı çıxanadək davam edib və o, Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında adının çıxmasını gözləyib. Bank isə bu müddətdə də ondan ödəniş tələb etməyə davam edib. Samirə xanım deyir ki, Palatanın saytında adının çıxması və ona 3451 manat kompensasiya hesablanması  sanki çiyinlərindən ağır bir yükü qaldırıb. Təbii, bu iki aylıq müddətdə bankın onun özünə, ailə üzvlərinə, iş yerinə, hətta baş redaktoruna zəngləri ara verməyib. Mayın 15-də telefonuna bankdan gələn SMS isə onu çaşdırıb, çünki burada Palatanın təyin etdiyi 3451 manat kompensasiya məbləğı 297 manat azaldılaraq 3154 manat olmuşdu. Bank bunu mart-aprel ayları üçün ödənişlərin olunmaması və gecikmə ilə bağlı əlavə faiz hesablanması ilə izah edib, halbuki, Palatanın əməkdaşımızla bağlı açıqladığı cədvəldə “qalıq borc” qrafasında “0” yazılıb, yəni bu illər ərzində əməkdaşımızın ödədiyi pullar bankın borcunu nəinki tamamilə qapatmağa, hətta artıq ödənilən 3451 manat vəsaitin onun özünə kompensasiya şəklində qaytarılmasına yetərli olub. O halda, yəqin razılaşarsınız ki, “Unibank”ın hər cür fırıldağa əl ataraq insanları özünə borclu çıxarmağa çalışması heç cür anlaşılmır.  Bütün bu qanunsuzluqlarla yanaşı onu da bildirməliyik ki, “Unibank” bu müddət ərzində əməkdaşımıza qarşı düz dörd qanunsuz hərəkətə yol verib. Birincisi, onun manatla götürdüyü krediti cəmi ilyarım sonra dollara çevirməklə, ikincisi, MBNP-nin ona kompensasiya şəklində hesabladığı məbləğdən qanunsuz olaraq 297 manat çıxmaqla, üçüncüsü, Prezidentin bərpa etdiyi ədalət sayəsində kompensasiya ödənişindən sonra da daha bir il ayda 120 manat ödəniş tələb etməklə, dördüncüsü, müştəri ilə problemə görə onun yaxınlarını və iş yoldaşlarını vaxt-bivaxt narahat etməklə.  Bütün bunlar isə düşünməyə əsas verir ki, “Unibank” cənab Prezidentin ölkə əhalisinin maddi rifah halının yaxşılaşdırılmasına yönəlik addımlarına mənfi təsir göstərən fəaliyyətindən geri çəkilmək niyyətində deyil...

Mövzuya qayıdacağıq.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ