18/09/2019 22:35
728 x 90

Lüzumsuz yerlərdə quraşdırılan radarlar xeyirdən daha çox ziyan vurur..

İlqar Hüseynli : “Ölkəmizin yollarında sürət rejiminin pozulması ilə bağlı ciddi problemlər var”

img

“Elə yollar var ki, orda yüksək sürətlə avtomobil idarə olunmur, bu yerlərdə radarın quraşdırılması həm artıq vəsaitin xərclənməsinə, həm də təhlükənin yaranmasına səbəb olur”

"Lazım olmayan yerlərə radar qoyub, təhlükə yaradırıq". Bu fikri millət vəkili Hikmət Babaoğlu parlamentin mayın 17-də keçirilən iclasında “Yol hərəkəti haqqında” və “Notariat haqqında” qanunlara dəyişiklik edilməsi məsələsinin müzakirəsi zamanı deyib. Millət vəkili bildirib ki, “Yol hərəkəti haqqında” qanun bu sahənin təhlükəsizliyinin təmin edilməsi üçün olmalıdır: “Amma biz nə edirik? Bəzi hallarda lazım olmayan yerlərdə də radar dediyimiz xüsusi qurğunu yerləşdiririk. Beləliklə, bu, sürücülərdə kütləvi mənfi emosiya doğurur və idarəetmədə təhlükəli hallar yaradır. Yəni nəticə etibarilə təhlükəsizlik əvəzinə, təhlükəli vəziyyət yaradırıq. Ona görə də yaxşı olardı ki, bu sahədə yeni qanunlar, yeni dəyişikliklər təhlükəsizliyə xidmət etsin”. Ekspertər də lazım olmayan yerlərdə radarların quraşdırıldığını etiraf etdi. Sosial məsələlər üzrə ekspert İlqar Hüsenli qeyd etdi ki, həqiqətən də, ölkəmizin yollarında sürət rejiminin pozulması ilə bağlı ciddi problemlər var. Müşahidələr və faktlar göstərir ki, ən ağır qəzalar məhz sürət rejiminin pozulması səbəbindən baş verir. Ona görə də sürət rejiminə səmərəli nəzarət yol hərəkəti təhlükəsizliyinin təmin olunmasının əsas amillərindən biridir. Bu baxımdan, sürət rejiminə səmərəli nəzarət mütləq olmalıdır: “Ancaq bu nəzarət lazım olmayan yerlər üçün tətbiq olunmamalıdır. Elə yerlər, yollar var ki, orda yüksək sürətlə avtomobil idarə olunmur. Belə yollarda radarın quraşdırılması həm artıq vəsaitin xərclənməsinə, həm də təhlükənin yaranmasına səbəb olur”.

Günel CƏLİLOVA

Son xəbərlər