Ermənistanın Baş naziri Nikol Paşinyan sələfi Robert Köçəryanın aktiv siyasətə qayıdışına münasibət bildirib.
Baki-xeber.com-un xəbərinə görə, jurnalistlərlə söhbətində Baş nazir deyib ki, Köçəryan siyasətə qayıtmadan öncə xalqın fikrini soruşmalı idi. Jurnalistlərin növbədənkənar seçkilər nəticəsində Baş nazir kürsüsünə Köçəryanın gələ biləcəyi onu qorxudurmu sualına cavabında isə Paşinyan deyib ki, Respublika partiyasının rəhbərliyi situasiyanı düzgün qiymətləndirmir və o, belə bir perspektiv görmür.