Rusiya prezidenti Vladimir Putinin Avstriyanın XİN rəhbər Karin Knaysla verdiyi toy hədiyyələri bəlli olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə prezidentin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib. Onun sözlərinə görə, Putinin alman dilində etdiyi geniş təbrik tostu məclisə toplaşanların heyrətinə səbəb olub. Hədiyyələrə gəlincə, bunlar Kuban Kazak Xorunun ifası, kənd lövhələrini əks etdirən rəsm əsəri, Tula samovar və qədim yağsıxan alət olub.