Apelyasiya məhkəməsinin eks-prezident Robert Köçəryanın üzərindən həbs qərarını qaldırması qanunsuzdur.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ermənistanın armenpress saytına Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, Apelyasiya Məhkəməsi bununla öz səlahiyyət həddini aşıb. “Ümid edirik ki, Prokurorluq bununla bağlı apelyasiya şikayətini təqdim edəcək”- Xidmətin açıqlamasında deyilir.
Açəqlamada o da bildirilir ki, Apelyasiya məhkəməsinin tam qərarı alındıqdan sonra Kassasiya məhkəməsinə müraciət məsələsinə baxılacaq.
Xatırladaq ki, eks-prezident Robert Köçəryanın toxunulmazlıq statusunu nəzərə alaraq, Apelyasiya məhkəməsi avqustun 13-də vəkillərinin də müraciəti əsasında onu azadlığa buraxıb.