Moskva Ermənistan XİN-in KTMT üzvü ölkələrə “qurum Başkatibinin əvəzlənməsi prosesinə başlamaq” təklifindən heyrətlənib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə eadaily saytı yazır. Saytın xəbərində deyilir ki, Moskvadakı yüksək ranqlı diplomatik mənbə müraciəti “qeyri-peşəkarlığın son həddi” adlandırıb. Bildirib ki, hazırkı situasiyada Xaçaturovun həmin postda qalması İrəvanı təmin etmirsə, onlardan KTMT-yə yazılı müraciət daxil olmalı, bundan sonra rəsmi proses başladılmalıdır. Özü də həmin müraciət “Baş katibin əvəzlənməsi” deyil, səlahiyyətlərinə xitam verilməsi şəklində olmalıdır.