İrəvanın Şenqavit rayon məhkəməsi eks-prezident Robert Köçəryan barəsində prokurorun həbs hökmünü təmin etmək barədə qərar qəbul edib.
Baki-xeber.com-un azatutyun.am saytından əldə etdiyi xəbərə görə, bu barədə onun vəkili Aram Orbelyan ötən gecə saatlarında jurnalistlərə bildirib. O deyib ki, iyulun 28-də mətbuat konfransı keçirərək təfərrüatları açıqlayacaq.
Qeyd edək ki, Xüsusi istintaq xidmətinin 1 mart hadisələrilə bağlı sorğulamasının ardından Köçəryan barəsidə digər şəxslərlə əlbir olaraq ölkənin konstitusion quruluşunu pozmağa cənd maddəsilə ittiham irəli sürülüb. Öz növbəsində, Ermənistana 1998-2008-ci illərdə rəhbərlik etmiş eks-prezident özünün günahsıslığında israr edir və baş verənləri “aşkar siyasi təqib” adlandırır.
Xatırladaq ki, 2008-ci il martın 1-də Sarkisyanın qələbəsi elan olunduqda müxalifət etiraz aksiyalarına başlamışdı. Həmin aksiyaların gedişində güc orqanlarının müxaliflərlə toqquşmasında 10 nəfər həyatını itirmiş, yüzlərlə insan müxtəlif xəsarətlər almışdı. Həmin hadisələrin günahkarları isə indiyə kimi üzə çıxarılmayıb. Bu ilin 3 iyul tarixində Xüsusi istintaq xidmətinin “1 mart” işi ilə bağlı araşdırmalara başlamasının ardından keçmiş Müdafiə naziri Mikael Arutyunyan iki aylıq həbsə məhkum edilib. Eyni cinayət işilə əlaqədar həmin dövrdə İrəvan qarnizonunun rəisi olmuş KTMT Baş katibi Yuri Xaçaturov da mühakimə olunur. Lakin onun 5 milyon dram təzminat qarşılığında azadlığa buraxılması barədə qarar verilib.