Cümə günü, 16 oktyabr 2026
     

Gömrük Komitəsi və Mətbuat Şurasının birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırıldı - FOTO

Image


Dövlət Gömrük Komitəsi və Azərbaycan Mətbuat Şurasının 22 iyul - Milli Mətbuat Günü münasibətilə birgə təşkil etdiyi "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin yekunları ilə bağlı mükafatlandırma mərasimi keçirilib.

Baki-xeber.com-un məlumatına görə, mərasimdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, APA informasiya agentliyinin prezidenti Vüsalə Mahirqızı, "Trend" informasiya agentliyinin direktor müavini Arzu Nağıyev və müsabiqədə mükafatlandırılan jurnalistlər iştirak edib.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü münasibətilə media nümayəndələrini təbrik edib, onlara xoş arzularını çatdırıb.

Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımız zəngin tarixi inkişaf yolu keçdiyini bildirən Səfər Mehdiyev, milli şüurumuzun oyanmasında, azərbaycançılıq məfkurəsinin, istiqlal duyğularının güclənməsində Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzetinin xüsusi rolundan danışıb.

Milli mətbuatımızın əsil çiçəklənmə dövrünü isə ölkəmiz yenidən müstəqilliyini əldə etdikdən və ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşadığını vurğulayan Komitə sədri, bu gün milli mətbuatımıza dövlət qayğısının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Səfər Mehdiyev mətbuat və söz azadlığı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, Kütləvi İnformasiya Vasitələrinə maddi yardımlar, jurnalistlərin fəxri adlar, müxtəlif mükafatlarla təltif edilməsi, mətbuat nümayəndələrinin sosial problemlərinin həlli istiqamətində atılan addımların buna bariz nümunə olduğunu bildirib.

Dövlət Gömrük Komitəsinin öz fəaliyyətində ictimaiyyətlə əlaqələrə, vətəndaşların gömrük işi və qanunvericiliyilə bağlı məlumatlılıq səviyyəsinin artırılması və davamlı maarifləndirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edən Səfər Mehdiyev, gömrük xidmətinin kütləvi informasiya vasitələrinin nümayəndələrilə qarşılıqlı səmərəli işgüzar münasibətlərin qurulmasında və inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Son bir ay ərzində kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən mediaturlar, seminarlar barədə danışan Komitə sədri qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Dövlət Gömrük Komitəsi və Mətbuat Şurasının birgə təşkil etdiyi müsabiqənin də gömrük işinin təbliğini, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsini təmin edəcəyinə ümidvar olduğunu bildirən Səfər Mehdiyev müsabiqə iştirakçılarına təşəkkürünü bildirib, jurnalistlərə yeni yaradıcılıq uğurları arzulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov müsabiqənin təşkilini Dövlət Gömrük Komitəsinin Azərbaycan mətbuatına töhfəsi kimi dəyərləndirib, sön illər gömrük sistemində həyata keçirilən islahatlar, şəffaflığın təmin olunması məqsədilə atılan addımlardan bəhs edib. Mətbuat Şurasının sədri görülən işlərin media tərəfindən də təqdirlə qarşılandığını və kütləvi informasiya vasitələri ilə gömrük arasında qurulan işgüzar əlaqələrin bu sahədəki təbliğat işinə də müsbət şərait yaratdığını bildirib.

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də tədbirin gömrük-media münasibətlərinin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Gömrük sahəsində ixtisaslaşan jurnalistlərin hazırlanmasının vacibliyini vurğulayan Vüqar Səfərli bu istiqamətdə Komitənin apardığı işin təqdirəlayiq olduğunu, gələcəkdə də seminar və müsabiqələrin keçirilməsinin ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.

APA informasiya agentliyinin prezidenti Vüsalə Mahirqızı son zamanlar Dövlət Gömrük Komitəsi ilə media qurumları arasında işgüzar əlaqələrin qurulduğunu, bunun da ümimi işə fayda verdiyini bildirib. Komitənin medianın sorğularını operativ şəkildə cavablandırmasının, gömrüklə bağlı xəbərlərə dərhal rəsmi münasibət bildirməsinin jurnalistlərin gömrüklə bağlı xəbərlərə daha da məsuliyyətli yanaşmasına, doğru və düzgün xəbərlərin yayımlanmasına şərait yaratdığını diqqətə çatdırıb.

"Trend" informasiya agentliyinin direktor müavini Arzu Nağıyev Dövlət Gömrük Komitəsinin son zamanlar media qurumları və jurnalistlərlə işğüzar əlaqələr qurduğunu və bunun yalnız media nümayəndələri tərəfindən deyil, həm də ictimaiyyət tərəfindən müsbət qarşılandığını bildirib, qarşılıqlı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Sonra müsabiqədə iştirak edən jurnalistlər mükafatlandırılıb.

Müsabiqəyə ümumilikdə 27 yazı təqdim olunub və onlardan 10-u həvəsləndirici mükafatlarla təltif edilib.

"Real" TV-nin əməkdaşı Afət Telmanqızı və APA informasiya agentliyinin əməkdaşı Aqşin Rafiqoğlu müsabiqənin xüsusi mükafatına layiq görülüblər.

AZƏRTAC-ın əməkdaşı Elvin Camalov, "Qafqazinfo" internet qəzetinin əməkdaşı Günel Türksoy və CBC televiziyasının əməkdaşı Vəfa Şəhlayi müvafiq olaraq 1, 2 və 3-cü yerlərə layiq görülüblər.

Qaliblərə diplom və hədiyyələr təqdim olunub.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ