"Belarusun “Polonez” atış zərbə sistemlərini Azərbaycana satması yolverilməzdir".
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri “Euroradio”ya eksklüziv açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Erməni Baş nazir qeyd edib ki, Belarusla ölkəsinin yaxşı münasibətləri olmaqla bərabər onlar həm də KTMT üzrə hərbi-siyasi partnyordur və o üzdən Belarusun Azərbaycana silah tədarük etməsi onlarda ciddi narahatlıq yaradır.
Xatırladaq ki, Belarus Azərbaycana “Polonez” zərbə atış sistemləri satıb. İyun ayında Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə raket qoşunlarının hərbi hissəsinin açılışı olub və tədbirdən çəkilən şəkillərə bu sistemlərin düşməsi erməniləri iddi şəkildə qorxuya salıb.
Ermənistanın milli təhlükəsizlik şurasının sədri Armen Qriqoryan isə deyib ki, hazırda ölkə XİN-i ilə birlikdə Belarusun Azərbaycana silah satmaqdan imtina etməsi yönündə iş aparırlar.