Ermənistanın eks-prezidenti Serj Sarkisyan barəsində açılan cinayət təqibi onun yaxın qohumarının ağılalmaz cinayətləri barədə də ciddi faktlar ortaya çıxarıb.
Baki-xeber.com-un lragir.am erməni saytından ldə etdiyi xəbərə görə, hazırda istintaq Serjikin böyük qardaşı Aleksandrın 31 yaşlı oğlu Narek Sarkisyanın cinayət əməllərini araşdırır. Araşdırma sırasında isə məlum olub ki, ötən il o, İrəvanda gecə klubu açmaq istəyən və bundan ötrü biznes-plan təqdim edən 49 yaşlı İrəvan sakinini oğurladaraq döydürüb. Oğurlanma hadisəsi isə Serj Sarkisyanın cangüdəni vasitəsilə həyata keçirilib. Cangüdən bir neçə şəxsin köməyilə oğurladığı şəxsi Narek Sarkisyanın evinə gətirib və onu ölümcül döyərək işgəncə veriblər. Sonra başqa ünvana apararaq yenidən işgəncələrə məruz qoyublar. Yalnız həmin şəxs gecə klubu işlətmə fəaliyyətilə bir daha məşğul olmayacağına söz verdikdən sonra onu azad ediblər.Sayt yazır ki, bu cinayət barəsində bu vaxta qədər danışmağa heç kim cürət etməyib. Hazırda isə iş üzrə materiallar Baş Prokurorluğa göndərilib.
Xəbərdə o da deyilir ki, hadisədə adı hallanan Serj Sarkisyanın 28 yaşlı cangüdəni Artyom Poqosyan əslində daha öncə başqa bir cinayətlə əlaqədar həbsə alınıb və hazırda istintaq altındadır.