Azərbaycanın dövlət sərhədində növbəti erməni təxribatının qarşısı alınıb.
Baki-xeber.com-un Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, insident iyulun 15-də sərhədin Qazax rayonu ərazisində baş verib. Xəbərə görə, erməni diversiya qrupunun sərhədi qanunsuz keçmək cəhdi Ordumuzun sayıqlığı nəticəsində alınmayıb. İtki verən diversiya qrupu geri çəkilməyə məcbur olsa da, bir üzvü ələ keçirilib. Bu, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.
Əməliyyat zamanı Azərbaycan tərəfi itki verməyib.