10 iyul tarixində Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib.
Baki-xeber.com-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ümumilikdə, 10 iyul hadisələrinə görə 22 nəfər həbs edilib. 1 nəfər isə iyulun 14-dən 15-nə keçən gecə Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanıb.
Eyni zamanda, məlumata görə, 3 iyul tarixində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs olunub, 8 nəfər barəsində axtarış elan edilib.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.