Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barəsində 21 cinayət işi başlanıb, 3 nəfər həbs edilib.
Baki-xeber.com bu barədə hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumat əsasında xəbər verir. Xəbərə görə, digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hüquq-mühafizə orqanlarından o da bildirildi ki, terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər də beynəlxalq axtarışa verilib.
Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində isə inzibati həbs tədbiri seçilib.