Gəncə şəhərində plis əməkdaşlarının öldürülməsində şübhəli bilinən və hazırda axtarışda olan Qasımov Fərrux Xaqani oğlunun qardaşı Qasımov Ramin Xaqani oğlunun da cinayətkar olduğu ortaya çıxıb.
Baki-xeber.com hüquq-mühafizə orqanlarından əldə etdiyi fakta əsasən bildirir ki, 2016-cı ilin sentyabr ayında o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə 7 il müddətinə azadlıqdan məhrum edilib və hazırda həbsdədir.
Kütləni arxasınca aparmaq iddiasında olmaqla Gəncədə iğtişaşlar törədənlərin əsl kimliyi ortaya çıxdıqca onların səsinə səs verən 3-5 dəngəsizin olması təəssüf doğurur...