Prezident İlham Əliyev Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyi münasibətilə, məhkəmə orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilir: “Tərəqqi” medalı ilə Qaracayev Ceyhun Yasinəli oğlu Şəfiyev Kamran Rauf oğlu Babayeva Səbinə Sabir qızı Səlimov Rüstəm Fikrət oğlu Tağızadə Zərifə Fərhad qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Eyvazov Anar İman oğlu Ələsgərova Gülzar Tofiq qızı Qurbanova Həcər Əli qızı Məmmədov Murad Akif oğlu Tağıyeva Nərgiz Nazim qızı.