Türkiyədə faciəli qatar qəzası baş verib.
Baki-xeber.com-un xəbərinə görə, Ədirnə-İstanbul marşrutu üzrə hərəkət edən 7 vaqonlu qatarın 6 vaqonu relsdən çıxaraq aşıb. Nəticədə 24 nəfər həyatını itirib, 338 nəfər isə yaralanıb. Yaralılardan 194 nəfəri, xəsarəti yüngül olduğundan, ilkin tibbi yardımdam sonra evə buraxılıb.
Qəzaya ilkin səbəb kimi yağıntıların çox olması üzündən relslər arasında torpağın boşalması göstərilir.