Moskvanın Naqatinsk rayonunda terror hadisəsi törədilib.
Baki-xeber.com-un Rusiya mətbuatına istinadən xəbərinə görə, bir nəfər hələlik naməlum şəxs Naqatinsk sahil parkında oturan sakinlərə travmatik tapançadan atəş açıb. REN TV-nin xəbərinə görə, nəticədə bir nəfər həlak olub. Hələlik bir nəfərin yaralandığı xəbər verilir.
Xəbərdə hüquq-mühafizə orqanlarının təfərrüatları araşdırdığı və atəş açanın axtarıldığı bildirilir.
Rusiya KİV-i hələlik rəsmi açıqlamanın olmadığını yazır.