Yaponiya Baş naziri Sindzo Abe ABŞ-ın təzyiqləri nəticəsində İrana planlaşdırılan rəsmi səfərini təxirə salıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Deutsche Welle” Yapon KİV-nə istinadən xəbər yayıb. Xəbərə görə, ABŞ İranın təklənməsi üçün neft eksportunun sıfıra endirilməsinə çağırıb.
Öz növbəsində İslam Respublikası XİN-in rəsmi nümayəndəsi Bəhram Qasemi deyib ki, Abenin İran səfəri heç vaxt gündəlikdə olmayıb. Lakin maraqlıdır ki, hələ iyun ayında İran KİV-i Yapon Baş nazirinin iyulun ortalarında Tehrana səfər edəcəyi və prezident Həsən Ruhani ilə danışıqlar aparacağı ilə bağlı xəbərlər yaymışdı. O da bildirilirdi ki, bu, 1978-ci ildən sonra İran və Yaponiya liderləri arasında ilk görüş olacaq.