İyunun 27-də gecə saatlarında Ermənistanın “Yerkrapa” könüllülər cəmiyyətinin sədri, parlamentin deputatı, Azərbaycan ərazilərinin işğalında xüsusi rol oynamış Manvel Qriqoryanın arvadı Nazik Əmiryan gözaltına alınıb.
Baki-xeber.com-un “Vestnik Kavkaza” saytına istinadən xəbərinə görə, Xüsusi xidmət orqanlarının saxladığı bu qadının qanunsuz silah saxlama maddəsilə suçlu bilindiyi deyilir. Lakin onun əslində əri Manvel Qriqoryanın korrupsiya əməllərilə bağlı günlərdir axtarışda olduğu barədə elə erməni mətbuatı xəbər verib.