İrəvan şəhər administrasiyasının başçısı Taron Markaryan istefa ərizəsi yazıb.
Baki-xeber.com-un “Reuters”-dən aldığı xəbərə görə, bu barədə şəhər meriyası açıqlama yayıb. Açıqlamada bildirilir ki, Markaryan həmin ərizəni bir neçə gün öncə yazıb və həmin gündən də işə çıxmır. Mriyadakı mənbənin yerli “Joxovurd” qəzetinə bildirdiyinə görə, artıq bir neçə gündür şəhər administrasiyasında çaşqınlıq yaşanır- məmurlar nə edəcəklərini bilmir. Nəşr onu da bildirir ki, Baş nazir Nikol Paşinyan Markaryanın Markaryanı həmin postda saxlamaq niyyətində deyil.
Xatırladaq ki, may ayında etirazçılar meriya binasına soxularaq merin istefasını tələb edib. Bu günlərdə isə Markaryanın korrupsiyaya bulaşması ilə bağlı əlumatlar gündəmi zəbt edib.