İyunun 26-da Azərbaycan özünün hər bir ölkənin qürur duya biləcəyi möhtəşəm Ordusunun 100 illiyi münasibətilə əzəmətli hərbi parad keçirib. Bir sıra dünya ölkələrindən nümayəndələrin iştirak etdiyi paradda Prezident İlham Əliyev geniş nitqlə çıxış edərək dünyaya önəmli mesajlar verib.
Lakin gözlənildiyi kimi, dost ölkələrin sevə-sevə təqdim etdiyi bu mövzu işğalçı Ermənistanda çox böyük qıcıq doğurub. Əslində bu qıcığın düşmən ölkənin Azərbaycanın ildən-ilə artan hərbi qüdrəti qarşısında hər keçən gün çoxalan qorxusundan qaynaqlandığı da sirr deyil. Beləliklə, Ermenistan XİN mətbuat katibi Tiqran Balayan öz tvitter hesabında Azərbaycan Prezidentinin mohtəşəm ordu yuzilliyində konkret hedəflərə açdığı serrast atəşlərə öz aləmində guya cavab verib. “Müdriklik irsən keçmir” kimi məşhur kəlamı çox yersiz ve ugursuz şəkildə işlədən erməni XİN sözçüsü bununla əslində XXİ əsrin hərbi fenomenlərindən biri sayılan Azərbaycan Ordusu kimi mötəbər siyahıların başında yer alan ordunu yarada bildiyi üçün İlham Əliyevin yaşından çox irəli getmiş müdrikliyindən sözün həqiqi mənasında partlamaya düşdüyünü bacariqsızcasına pərdələməyə çalışıb. Üstəlik, Azərbaycan Prezidentinin müdrikliyinə qiymət vermək həddində intellekt sahibi olmadığını elə cəmi iki cümləlik baş-ayaq açıqlaması ilə açıq-aydın ortaya qoymuş olub.
Partlamaya düsmək üçün səbəb xirda məsələ deyil axi.. Onun olkəsinin 2008-ci ildən hakimiyyətə gəlib getmiş üç fərsiz prezidenti Rusiyanin hər dəfə minnət-sünnətlə başına çırpdığı sınıq-salxaq texnikadan basqa nəyisə olmayan bir ordu yaratdi. Həmin ordunun əsgərlərinin isə Manvel Qriqoryanın şəxsi zooparkında saxladığı ayı və tülkülərdən də hörmətsiz olduğunu elə bu günlərdə ermənilərin öz məhkəməsi açıb tökdü. Adında əslində Tiqrlikdən əsər-əlamət olmayan bu Balayanın adı ilə soyadı arasında böyük ziddiyyət olduğu kimi, fikirləri də baş-ayaqdır.
Bu halda bu varlığa bir sual ünvanlamaq yerinə düşür: İlham Əliyev dediyiniz kimi müdrik Prezident deyilsə, regionda sizi təklənmiş qara qarga kimi “izqoy” vəziyyətinə necə sala bilib? Və ya Qarabagi “nə yardan doyur, nə əldən qoyur” misalı nə əlində saxlaya, nə də əsl sahibinə qaytara bilməmək kimi çarəsiz duruma kimin siyasəti üzündən düşdüyünüzü bəlkə açıqlayasız? Bu sadə və aydın suallara cavab versəniz, bəlkə üzərinə “qurd yağı sürtülmüş kimi” ölkənizi kütləvi tərk edənlərin qarşısını ala biləcək huşlu-başlı bir lideriniz olmadığı üçün işğal faktına baxmayaraq ilbəil qüdrətini artıran və üzərinizə yeriməyə hər an hazır olan bir ölkənin Prezidentinə çamur atmagınızın səbəbini anlaya bilərik. Hələ orasını demirik ki, təkcə Rusiyanın “tula payı” etdiyi köhnə və işlənmiş silahlarla yetinməyə məcbur olduğunuz halda, Azərbaycan Rusiyadan da, İsraildən də, Pakistandan da, Türkiyədən də, Belarusdan da ən müasir silahlar almaqla Ordusunun gücünə güc qatır. Bəs bu bir-birinə əks güclərin hamısından silah ala bilmək İlham Əliyevin müdrikliyi deyilsə, sizcə nədir? Rusiyanı da buraya əlavə etsək, İlham Əliyevin tək 26 iyunda dünyaya nümayiş etdirdiklərindən ermənilərin, özəlliklə bu ölkənin XİN "mirzəsi"nin nədən belə partlamaya düşdüyünü anlamaq çətin deyil.
Qeyd edək ki, Tiqran Balayandan öncə Şavarş Köçəryanın da İlham Əliyevin bəyanatlarından partlamaya düşməsini çox görmüşük və bu bizim üçün heç nə ifadə etmir. Yalnız onu qeyd edək ki, əslində biz bu sualların cavabını çox gözəl bilirik. Və onu da bilirik ki, müdriklik də irsən keçir, partlamaya düşmək də...
Aydın QULİYEV