Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında hərbi parad keçirilib.
Baki-xeber.com-un xəbərinə görə, Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi paradda söylədiyi nitqində Azərbaycanın silah istehsalında əldə etdiyi uğurlardan danışıb. Bildirib ki, artıq ölkəmiz silah istehsalı sahəsində ciddi uğurlara imza atıb və bu gün Azərbaycanda 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir.
Qeyd edək ki, Bakının baş meydanında Ordumuzun arsenalına daxil edilən ən müasir silahların və döyüş tüxnikasının nümayiş olunduğu hərbi paradı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi paradı izləyib.