Bu sözləri bu gün Prezident İlham Əliyev Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə bağlı Bakının Azadlıq meydanında keçirilən hərbi paradda çıxışında səsləndirib.
Baki-xeber.com-un xəbərinə görə, Prezident ordunun müasir maddi-texniki təchizat baxımından Azərbaycanın dünyanın ən nadir ölkələrindən biri olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, iyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə bağlı Bakının Azadlıq meydanında möhtəşəm hərbi parad keçirilib. Dünyanın 13 ölkəsindən yüksək çinli rəsmilərin, eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfirliklərin hərbi attaşelərinin, veteranların və ictimaiyyət nümayəndələrinin qatıldığı hərbi paradda Azərbaycan ordusunun arsenalında olan 240 adda müxtəlif təyinatlı hərbi texnika, ən müasir müdafiə və artilleriya vasitələri, havadan müdafiə sistemləri, qırıcı və helikopterlər və s. nümayiş olunub.