Suriyanın “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları nəticəsində terrorçulardan azad edilən rayonları Türkiyədə 24 iyun tarixində keçirilən seçkilərdə Ərdoğanın seçki qələbəsini bayram edib.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, Afrin və digər yaşayış məntəqələrində sakinlər Türkiyə və Azad Suriya Ordusunun bayraqları ilə küçələrə çıxıb. Əl-Bab, Cerablus və Aazezdə maşınlar terk bayraqları ilə hərəkət edib.
“Türk xalqını və Ali Baş Komandan Rəcəb Tayyib Ərdoğanı təbrik edirik. Ümid edirik ki, 24 iyun seçkiləri Türkiyənin gələcək inkişafına öz töhfəsini verəcək”- deyə Aazez Polis idarəsinin açıqlamasında deyilir.