Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar bayram tədbirlərində “Solo Türk” və “Türk ulduzları” qrupuna daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçiriləcək.
Baki-xeber.com-un Müdafiə Nazirliyinin mətbuat xidmətindən aldığı xəbərə görə, aviaşounu iyunun 26-da, hərbi paraddan sonra saat 12.30-da Dənizkənarı Milli Park ərazisindən izləmək mümkün olacaq.
Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” qrupuna daxil olan F-16 tipli təyyarələri iyunun 23-də Bakıya gəlib.