Türkiyənin F-16 tipli təyyarələri Azərbaycana gəlib. Baki-xeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirak etmək məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” qrupuna daxil olan F-16 tipli təyyarələri ölkəmizə gəlib.