Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Bakı Yunus Emre İnstitutu 14 Fevral 2017-ci il, saat 19:00-da Nizami Kino Mərkəzində Türk və Azərbaycan dillərində şeirlərin professional teatr sənətçiləri tərəfindən səsləndiriləcəyi, Savalan Musiqi Qrupu və Müğənni Lalə Məmmədovanın da səhnə alacağı "Xəzərdə Eşqin Səsi" adlı 2-ci Türk Şeir Gecəsini təşkil edib.
Gecədə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, millət vəkilləri, şairlər və aktyorlar iştirak edəcək.
Yunusdan Mövlanəyə; Orxan Vəlidən Abdurrəhim Karakoça; Nəsimidən Şəhriyara; Mikayıl Müşfiqdən Hüseyn Cavidə..dili, tarixi və gələcəyi bir olan iki dövlətin bir millətini bu gecədə şeiriyyət bir araya gətirəcək.
Baki-xeber.com