Fevralın 11-də axşam saatlarında Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizi növbəti dəfə atəşə tutub.
Təxribatın qarşısı alınarkən atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Qafarov Fuad Fərhad oğlu şəhid olub.
Baki-xeber.com bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinə əsasən xəbər verir. Xəbərdə deyilir ki, Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir...