Erməni hərbi xadimi, “DOSAAF Armenii” (Ermənistanın Ordu, Hava və Dəniz Qüvvələri Könüllü Cəmiyyəti) təşkilatının rəhbəri Arkadi Ter-Tadevosyan, Lapşinin Azərbaycana ekstradisiyasına etiraz olaraq, Belarus DOSAAF-ın 90 illik yubileyində iştirak etməyəcək.
Baki-xeber.com-un xəbərinə görə, özünün facebook səhifəsində erməni “kommandos” içindəki kinini aşağıdakı sarkastik sözlərlə ifadə edib:”Hörmətli İvan Vasilyeviç, dəvətə görə təşəkkür edirəm, lakin Qarabağda olduğuma görə 90 illik yubileyinizdə iştirak edə bilməyəcəyəm”.
Qeyd edək ki, Ter-Tadevosyan Qarabağ müharibəsində başkəsənlərdən biri olub və müharibədən sağ çıxan veterandır.
Görünür, “Lapşin zərbəsi” ona Qarabağda aldığı güllə yaralarından daha ağır gəlib...