Türkiyə Baş Qərargahı Əl-Babdakı ordu hissələrindən bir qrupunun yerləşdiyi binanın Rusiya HKQ-nin bombardmanına məruz qalmasının ardından ilginc açıqlama yayıb.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, açıqlamada Rusiya tərəfinin Türk ordusunun yerləşdiyi koordinat barədə bir gün öncədən məlumatlı olduğu bildirilir. Açıqlamada o da bildirilir ki, Türk ordu qüvvələri son 10 gündə disokasiya olunmayıb. “Sonuncu dəfə fevralın 8-də Rusiya Federasiyasının nəzarətində olan rayondan atılan raketin saat 23:11-də Türkiyə qüvvələrinin yerləşdiyi əraziyə düşməsindən sonra Hmeymimdəki hərbi komandanlığa ordumuzun olduğu yer barədə məlumat verilib. Eyni zamanda, RF-nin Ankaradakı hərbi attaşesi Baş Qərargaha dəvət olunaraq, təkrar ona bu koordinatlar barədə məlumat təqdim olunub”- deyə açıqlamada bildirilir.
"Təəssüf ki, bizim hərbçilər aviahücumlar zamanı daim Türkiyə tərəfinin bizə təqdim etdiyi koordinatları əsas götürüb və bu koordinatlar xaricində türk hərbçiləri olmalı deyildi”- deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Qeyd edib ki, buna görə də bu gözlənilməz hal baş verib.
Türkiyə Baş Qərargahı onu da diqqətə çatdırır ki, bu il yanvarın 12-də Rusiya və Türkiyə arasında hərbçilər arasında itkilərdən qaçmaq məqsədilə hərbi əməliyyatların koordinasiya olunması ilə bağlı memorandum imzalanıb. “Türkiyə tərəfi birmənalı şəkildə bu sənədin tələblərinə əməl edərək hərəkətlərini qarşı tərəflə koordinasiya edir”- açıqlamada deyilir.
Xatırladaq ki, fevralın 9-da Türkiyə Baş Qərargahı Rusiya HKQ-nin Əl-Bab rayonunda İŞİD-ə açdığı aviazərbələr zamanı bir mərminin təsadüfi yanlış nəticəsində Türk ordu qüvvələrinin yerləşdiyi binaya düşdüyü, nəticədə 3 hərbçinin həlak olduğu, 11 nəfərin isə yaralandığı barədə açıqlama yayıb.