Ermənistanın hakim Respublika partiyası İrəvanın keçmiş meri Karen Karapetyanın Baş nazir postuna namizədliyini təsdiqləyib.
Baki-xeber.om bu barədə RİA “Novosti”yə istinadən xəbər verir. Qeyd olunur ki, bu qərarı Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komitəsinin rəhbəri Artak Zakaryan açıqlayıb.
Xatırladaq ki, öncəki baş nazir Ovik Abramyan sentyabrın 8-də hökumətin iclasında istefa qərarını açıqlayıb. Onu da qeyd edək ki, daha öncə Ermənistanda baş nazirin istefaya göndəriləcəyi, yerinə keçmiş İrəvan meri Karen Karapetyanın gətiriləcəyi barədə xəbərlr dolaşırdı.