Ermənistanın baş naziri Ovik Abramyan istefa ərizəsi verib.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, bu barədə o, bu səhər hökumətin müşavirəsinin sonunda bəyan edib.
Artıq eks-baş nazir deyib ki, ölkənin keçid iqtisadiyyatında problemlər qalmaqdadır və onların həlli üçün yeni hökumətə şans vermək lazımdır.
Xatırladaq ki, Ovik Abramyan baş nazir vəzifəsinə 13 aprel 2014-cü il tarixindən gəlib. Lakin ötən bu qısa müddət ərzində ictimaiyyət arasında onun bir neçə dəfə istefa xəbəri yayılıb. Bu günlərdə yenidən ortaya çıxan bu istiqamətdə xəbərdə isə hətta onun yerinə keçmiş İrəvan meri Karen karapetyanın gətiriləcəyi barədə xəbər yayılmış. Eks mer isə belə bir ehtimalı istisna etmişdi.