Hadisə Bakı-Şamaxı-Yevlax yolunun 188-ci kilometrliyində baş verib.
Baki-xeber.com-un Report-a istinadən xəbərinə görə, 90-CP-149 dövlət nömrə nişanlı "Nissan X-Trail" markalı avtomobilin sürücüsü Məmməd Məmmədov idarəetməni itirərək maşını aşırıb. Qəza nəticəsində maşında olan sürücünün həyat yoldaşı Elmira Məmmədova və digər sərnişin hadisə yerində dünyasını dəyişib. Sürücü və avtomobildə olan digər sərnişinlər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.