Prezident İlham Əliyev Azərbaycanın ilk qadın akademiki Adilə Namazovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Baki-xeber.com xəbər verir ki, sərəncamla Azərbaycanda tibb elminin inkişafında xidmətlərinə və tibb kadrlarının yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Adilə Əvəz qızı Namazova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.