Cümə günü, 09 oktyabr 2026
     

İnternet benzinlə işləmir "cənablar"!

Image


Bu gün dünyada elə bir yer-bucaq tapılmaz ki, oranı internetsiz təsəvvür edəsən. Artıq bütün kainat ən sadə işləri də internet yolu ilə reallaşdırır. Dağdakı çobandan tutmuş ən iri meqastar şəhərlərdəki iri müəssisə və holdinqlərə qədər hər kəs işini cib telefonundakı internetlə idarə edir. Zaman bu zaman...
Maşallah, min dəfə maşallah olsun ki, bizim ölkəmizdə də ilk gündən internet elə sürətlə yayılıb özünə elə yer edib ki, cəmiyyətdə yaşından, pulundan, sosial statusundan asılı olmayaraq hər kəs - evdar xanımlar və məktəb şagirdləri, pensiyaçı nənə və babalar əllərində mobil telefon vatçap, tik-tok şəbəkələrində gün keçirirlər. Bir qisim əhalimiz internetdən iş-gücünü aşırmaq üçün yararlanırsa, böyük bir hissəmiz bu vacib dünya texnologiyasından laqqırtı vurmaq, "qız tutmaq", tik-tokdakı gic-gic videoları acgözlüklə izləmək üçün istifadə edirlər. Amma adı üstündədir, əsas odur İSTİFADƏ EDİRİK, vəssalam! Həm də biz elə aşırı şəkildə internet xəstəsi olmuşuq ki, hətta gecələr tik-tok, vatçap arxasında yuxuya gedən əhali sayımız dünya rekordu vurur. Bizim də bu "yenilik xəstəliyimiz" olmaya da. Dünyada yeni nə icad olunursa "ondan bizdə də olmalıdır" yarışına giririk. Faydalanmasaq da dadına baxmalıyıq axı... Yəni bir sözlə, bizim üçün internet "hər şeydir" anlamına gəlir.
Hə, elə bu internet həvəsimizə görə Azərbaycanda internet xidmətlərinə görə ödənilən qiymətləri bahalaşdırmaq qərarına gəliblər. Öncə məlumatı olduğu kimi oxuyaq: "Aztelekom"un yaydığı məlumata görə, avqustun 15-dən Azərbaycanda əhaliyə təklif olunan aylıq İnternet paketlərinin minimal qiyməti və sürəti artırılacaq. Minimal qiymət 18 manat idi və bu ödənişlə vətəndaş 40 Mbit/s sürət əldə edə bilirdi. Sonuncu dəyişikliklə isə minimal sürət 100 Mbit/s-yə olacaq və bunun üçün minimal ödəniş 25 manat nəzərdə tutulub. Oxşar məlumatı "CityNet", "AiləTV" də yayıb. Bildirilib ki, hazırkı tarif şərtləri cari ilin avqust ayının 2-dək qüvvədədir.
Vəssalam! Bəhanə də hazırdır – internetin sürətini artıracayıq! Adım kimi əminəm ki, qiymət 25 manata qaldırılsa da heç bir sürət dəyişkliyi olmayacaq. Ən dəhşətlisi budur ki, sadə vətəndaşlar 25 manatlıq xidmət haqqı əvəzində vəd edilən sürətli internet "xoşbəxtliyindən" dadası olmayacaqlar. Onlara qarşı sadəcə "çəkidə oğurlamaq" prinsipi tətbiq ediləcək.Ay tünbətün olmuşun oğlu, sən məni hər ay ödədiyim 18 manatlıq 40 Mbit/s internet sürəti ilə düz-əməlli təmin etmirsən və ya da bunu etmək istəmirsən və yaxud mənim internet payımdan kəsib başqa maxinasiyalarında istifadə edirsən, indi də durub qərara gəlirsən ki, öhdənə götürdüyün iş üçün əlavə pul almalısan insanlardan? Bu cibəgirmə cinayətidir, başqa heç nə. Kim bunlara icazə verib ki, ağlına gələn qiymət artımını elan etsinlər? Axı bu, benzin deyil, kartof-soğan deyil, nəyə əsaslandırıb bunu edə bilərsən? Sözsüz ki, haralardansa "dobro" alıb edirlər bunu. Bu gün Azərbaycanda rəqabətsizlik şəraitində olan internet "bossları" ödənilən xidmət haqqının əvəzinə heç vaxt normal internetlə abinəçini təmin etmirlər. Özüm 23 ildən çoxdur ki, mətbuatda çalışdığım üçün əla bilirəm ki, bizim internet provayderlərimiz həmişə sürətli internet əvəzinə sürünən, əsəb xəstəliyi yaradan internetlə başımızı qatıblar. Azərbaycanda əksər hallarda ən iri şirkətlərdən başlamış evdar xanımlara qədər hamı internetin yerlə sürünməsindən, əsəb, gərginlik mənbəyi olmasından danışır. Hər kəs şikayətçidir, giley-güzar edir. Niyə?
Çünki heç bir internet şirkəti əhalidən aldığı xidmət haqqı əvəzinə abunəçini normal internet xidməti ilə təmin etmir. İndi də bu hoqqanı çıxarırlar əhalinin başına. Axı hazırda 18 manatlıq internet paketi işimə yarayırsa, mən niyə daha sürətli əlavə internet xidmətinə görə 25 manat ödəməliyəm? Seçim abunəçinindir, mənə bu sürətdə internet bəs edir, amma sən mənə şərt qoyursan ki, 25 manatlıq internet xidmətinə keçəcəksən. İstəsən də budur, istəməsən də. Bu əsl gülünclükdür, bu əsl DƏLƏDUZLUQDUR!
Əslində, internetin sürətinin keyfiyyət məsələsinə diqqət yetirilməli, keyfiyyətə uyğun da qiymətlər tənzimlənməlidir. Burada isə açıq-aşkar camaatın cibinə girmək, dələduzluğun işartıları görünür. İndi hərkəs əla bilir ki, internet bazarında ciddi antiinhisar, sui-istifadə halları və qiymət şişirtmələri var. bu, əhali arasında ciddi narazılığa səbəb olur. İnternet istifadəçilərinin hissləri ilə oynamaq, əhalini narazı salmaq sosial gərginliyə yol açır. Görəsən bunu anlamırlarmı? əla anlayırlar, nə isə... Başqa bir tərəfdən, sürəti qaldırmağı əsas gətirməklə qiyməti də bahalaşdırmaq uşaq başı aldatmaq kimi bir şeydir.
Bəs qonşu ölkələrdə vəziyyət necədir internet sahəsində? Gəlin təkcə Rusiyadakı vəziyyətə nəzər salaq. Rusiyadakı "Bilayn" şirkəti vətəndaşlara saniyədə sürəti 500 m/b olan ev internetinin bir aylıq ödəniş haqqını Azərbaycan manatı ilə 2 manat 89 qəpik müəyyən edirsə, Azərbaycanda "Baktelekom" bir aylıq ev interneti üçün 18 manat xidmət haqqı alır və indi də həmin qiyməti 40%-ə qədər bahalaşdırıb, aylıq ödəniş haqqını 25 manat müəyyənləşdirir ki, bu da Rusiyada "Bilayn" şirkətinin insanlara təklif etdiyi ev internetinin bir günlük qiymətindən 8,7 dəfə bahadır.
Beləcə, internet tariflərinin süni şəkildə bahalaşması üçün günləri sayırıq. Onsuz da qiymət artımına öyrəşmişik, olmasın 18 manat olsun 25 manat...

Mətləb Salahov




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ