şənbə günü, 10 oktyabr 2026
     

Türk dövlətləri dünya iqtisadi məkanında

Image


Hazırda dünyanın bütün ölkələrində "qlobal siyasət" və "qlobal iqtisadiyyat" terminləri ən çox işlədilən ifadələrdir. Bu, heç də təsadüfi deyil. Keçən əsrin ortalarından başlayaraq getdikcə sürətlənən qloballaşma prosesləri siyasi-iqtisadi proseslərdə bir çox yeni trendlər yaratmaqla bərabər, həm də bu ifadələri beynəlxalq leksikaya gətirib. Bu gün istər milli dövlətlər səviyyəsində, istərsə də beynəlxalq səviyyədə hər hansı bir təhlil bu ifadələrsiz mümkün görünmür.

Keçən əsrin ilk 90 ili ərzində "türk dövləti", "türk iqtisadiyyatı", "türk məhsulu" dedikdə bu ifadələr həmin dövrdə dünyanın siyasi xəritəsində yeganə müstəqil türk dövləti olan Türkiyə Cümhuriyyəti ilə asossiasiya olunurdu. Son 30 ildə isə daha 5 müstəqil türk dövləti (Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızstan və Türkmənistan) dünyanın siyasi – iqtisadi və mədəni həyatında öz rolunu oynamağa başlayıb. Sovet İttifaqının süqutundan keçən ilk 30 il yeni müstəqillik qazanmış türk dövlətləri üçün, əsasən, müstəqilliyin möhkəmləndirilməsi dövrü olub və hər bir türk dövləti bu istiqamətdə mühüm uğurlar əldə edib. Bu uğurların əldə olunması isə birbaşa iqtisadi dirçəlişlə, müasir iqtisadi modellərin tətbiqi ilə və nəhayət, qlobal iqtisadi-maliyyə sisteminə hansı şəkildə və hansı resurslarla inteqrasiya olunmaqla şərtlənib.   

Bu gün türk dövlətlərinin qlobal iqtisadiyyatda rolundan danışarkən hər bir türk dövlətinin ayrılıqda hansı resurslara malik olması ilkin şərtdir. Bu prizmadan baxdıqda hər bir türk dövlətinin dünya iqtisadiyyatına təklif etmək üçün kifayət qədər təbii resurslara malik olduğunu görə bilərik.

Türkiyə dünyanın siyasi xəritəsində müstəsna geostrateji əhəmiyyətə malik olan ölkələrindən biri və bəlkə də birincisidir. Dünyanın ən zəngin geotermal enerji qaynaqlarının olduğu 5 ölkədən biridir. Əsasən, daş kömür və duz yataqlarına və az miqdarda da neft və təbii qaz ehtiyatlarına malikdir. Ölkənin ümumi iqtisadi maliyyə arsenalında bank xidmətləri, turizm, ağır metallurgiya, neft-kimya, dağ-mədən sənayesi və yüngül sənaye üstünlük təşkil edir. ÜDM-da sənaye sektorunun və xidmətlərin ümumi payı 65 faizdir. Turizm cəlbediciliyinə görə, dünyanın ilk 10 ölkəsindən biridir. Türkiyə iqtisadi gücünə görə dünyada 19-cu ölkədir və ÜDM 1,1 trilyondan çoxdur. 1995-ci ildən etibarən Avropa İttifaqı ilə Gömrük Sazişinə qoşulub və əsas ticarət tərəfdaşı Avropadır. 

Azərbaycan da təbii sərvətlərinə görə, dünyanın zəngin ölkələrindən biridir. Respublika ərazisinin 2/3 hissəsi neft və qaz yataqları ilə zəngindir. Rəsmi təsdiq olunmuş ümumi neft ehtiyatları 8 milyard barel, qaz ehtiyatları isə 2,2 trilyon kubmetrdən çoxdur. Qızıl, dəmir, alüminium, gümüş, xromit, mis və digər faydalı qazıntı yataqlarına malikdir.  

Müstəqilliyin ilk illərində işğala məruz qalması səbəbindən 1995-ci ilə qədər ölkə iqtisadiyyatında tənəzzül davam edib. 1994-cü ildə "Əsrin müqaviləsi" adını almış neft-qaz yataqlarının istismarı ilə bağlı imzalanmış müqavilə Azərbaycanın bu gün də davam etdirilən neft strategiyasının əsasını qoyub.  1995-ci ildən başlayaraq makro-iqtisadi sabitlik əldə olunub və ölkə davamlı inkişaf dövrünə qədəm qoyub. Müstəqillik illərində Bakı–Supsa, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum boru kəmərlərinin tikilməsi Azərbaycanın enerji ixracının şaxələndirilməsinə geniş imkanlar yaradıb. 2016-cı ildə uzunluğu 3500 kilometr  olacaq Cənub Qaz Dəhlizi layihəsinə start verilib. 

Bu layihə çərçivəsində Cənub Qafqaz Boru Kəmərlərinin (CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans Anadolu Boru Kəməri və Yunanıstandan keçərək İtaliyaya qədər uzanan Trans–Adriatik Boru Kəmərinin tikintisi nəzərdə tutulurdu. 2016-2020-ci illər ərzində tikinti işləri başa çatdırılb və "Cənub Qaz Dəhlizi" (CQD) tam şəkildə istifadəyə verilib. Layihənin məqsədi "Şahdəniz" qaz-kondensat yatağından çıxarılacaq təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri vasitəsilə ilkin olaraq Türkiyəyə və daha sonra Cənubi Avropaya ixracını təmin etməkdir. 

Hazırda təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə Avropaya çatdırılır. 2022-ci ildə  Avropa İttifaqı ilə "yaşıl enerji"nin istehsalı və ötürülməsi haqqında  Anlaşma Memorandumu imzalanıb və bərpaolunan enerji istehsalı sahəsində də Azərbaycan iri həcmli və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirmək əzmindədir. 

Azərbaycanın həyata keçirdiyi neft-qaz siyasəti ölkəni Avropa İttifaqı üçün alternativ enerji mənbəyinə və ən etibarlı enerji təminatçısına çevirib. Davamlı iqtisadi inkişafa nail olmaq üçün hazırda ölkədə qeyri-neft sektorunun inkişafını təmin etmək və bu sahəyə xarici sərmayə qoyuluşunu artırmaq məqsədilə çoxsaylı dövlət layihələri həyata keçirilir. Son 20 ildə ölkəyə 200 milyarddan artıq xarici sərmayə qoyulub.  Keçən ilin nəticələrinə görə ölkədə ÜDM istehsalı 123 milrd manatdan çox olub ki, onun da 40 faizdən çoxu sənayenin payına düşür. 

Qazaxıstan ərazisi də təbii sərvətlərlə zəngin olan türk ölkəsidir. Əsas təbii sərvətləri neft, qaz, daş kömür, mis və dəmir filizidir. Eyni zamanda Qazaxıstanda zəngin alüminium, qurğuşun, sink, gümüş, nikel, qızıl və digər nadir metal yataqları var.  Qazaxıstan uran və sink ehtiyatlarına görə dünyada 2-ci yeri tutur. Neft və qaz ehtiyatlarının həcminə görə Qazaxıstan dünyanın 11-ci ölkəsidir. Dünya neft ehtiyatlarının 3,2 faizi Qazaxıstanda yerləşir. İqtisadi potensialəına görə Qazaxıstan türk dünyasında Türkiyədən sonra gələn 2-ci dövlətdir. 2011-ci ildə ÜDM həcmi 200 milyard dollara çatmışdı. Düzdür, hazırda bir az geriləmə var və 2020-ci ilin statistikasına görə, Qazaxıstanda ÜDM həcmi 163 milyard olmuşdu. Qlobal rəqabətə davamlılığına görə Qazaxıstan ilk 50 ölkə arasında yer alır. Ümumdünya Ticarət Təşkilatının üzvüdür və bu ona dünya iqtisadi-maliyyə sisteminə uğurlu şəkildə inteqrasiya etmək üçün geniş imkanlar qazandırır. 

Özbəkistan da təbii sərvətlərlə zəngin bir türk ölkəsidir. Asiyanın ən böyük qızıl mədəni məhz Özbəkistanda yerləşir. Qızıl yataqlarının həcminə görə Özbəkistan dünyada 4-cü, gümüş ehtiyatlarına görə isə 10-cu ən böyük ölkədir. Zəngin təbii qaz ehtiyatlarına, sink, uran, və kömür yataqlarına malikdir. Dövlət 2030-cu ilədək ÜDM həcmini 160 milyard dollara çatdırmaq niyyətindədir. Son bir neçə ilədək  birbaşa xarici investisiyaların həcmi digər post-sovet ölkələrinə və türk dövlətlərinə nisbətən aşağı səviyyədə idi. Lakin son illər Özbəkistanda xarici investisiya yatırımlarının sürətli artımı müşahidə olunur.  

Qırğız Respublikasında əlvan metallar – mis, molibden, dəmir filizi, qızıl, civə, qurğuşun yataqları, dağ arası çökəkliklərdə isə neft və kömür ehtiyatları var. Kumtor qızıl yataqları dünyanın ən zəngin qızıl yataqlarından biridir. Qızıl və civə ölkənin əsas ixracat məhsullarıdır. ÜDM əhəmiyyətli hissəsini kənd təsərrüfatı və turizm təşkil edir. Ölkənin hidroenerji potensialı böyükdür və iri həcmli sərmayələrin yatırılmasına ciddi ehtiyac var.     

Türkmənistan təbii qaz və neft yataqları ilə zəngindir. İndiyədək ölkə ərazisində 144 neft və qaz yatağı aşkar olunub, lakin onlardan yalnız 40-ı istismar olunur. Türkmənistan neft və qaz ehtiyatlarının ümumi həcminə görə dünyada 4-cü yeri tutur. ÜDM formalaşdıran əsas sahələr sənaye, kənd təsərrüfatı və xidmət sektorlarıdır. Enerji ixracının şaxələndirilməsi istiqamətində mühüm addımlar atılıb. Çinin təbii qazla təminatını həyat keçirmək üçün boru xəttinin inşası, Türkmənistan – Əfqanıstan – Pakistan – Hindistan boru xəttinin çəkilməsi və eləcə də enerji resurslarının Azərbaycan vasitəsilə Avropaya nəql edilməsi Türkmənistanın enerji siyasətinin tərkib hissəsidir. 

Bu günkü qloballaşma şəraitində sadalan təbii qaynaqlardan səmərəli istifadə etmək, ayrı-ayrı güc mərkəzlərinin təsiri altına düşmədən öz təbii sərvətlərini xalqının rifahının yüksəldilməsinə sərf etmək üçün  türk dövlətləri siyasi iqtisad məfhumundan çıxış etməlidir. Bütün iqtisadi potensialdan, iqtisadiyyatın bu və ya digər sahəsində malik olduqları üstünlüklərdən ölkələrin gələcəyinə hesablanmış praqmatik siyasətlə istifadə etməlidirlər. Dünyada yaranan yeni reallıqlar şəraitində türk dövlətləri üçün məqbul hesab oluna biləcək yeganə iqtisadi siyasət ilk növbədə iqtisadi münasibətlər səviyyəsində maksimum inteqrasiyadan ibarət olmalıdır. Bu ilk növbədə türk dövlətləri arasında nəqliyyat marşrutlarının genişləndirilməsi, ticarət əlaqələrinin və qarşılıqlı sərmayə yatırımlarının sürətlə artırılması ilə mümkündür. Belə bir inteqrasiya  istiqamətində aparılan siyasət nəticə etibarilə türk geopolitik regionunda vahid iqtisadi bazarın formalaşmasına gətirib çıxara bilər.  

Bütün türk ölkələrinin vahid iqtisadi bazara inteqrasiya etməsini şərtləndirən bir sıra amillər var. Tarix, mədəniyyət, dil və din birliyimizlə yanaşı qeyd edə biləcəyimiz ən mühüm amillərdən biri də Orta Dəhliz layihəsidir. Orta dəhliz konsepsiyası ən səmərəli tranzit nəqliyyat marşrutları ilə Şərqlə Qərbi bir-birinə bağlayan qlobal əhəmiyyətli layihədir. Bu layihə 2018-ci ildə yaradılmış Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin daha geniş konsepsiyasıdır.  Rusiyanın Ukraynaya təcavüzü fonunda onun üzərinə qoyulmuş sanksiyalar Şərqlə Qərb arasında dayanıqlı logistikanın təşkili üçün Orta Dəhliz layihəsini ən optimal varianta çevirir.  

Çinlə Avropa məkanı arasında nəqliyyat şaxələndirilməsini özündə ehtiva edən Orta Dəhliz türk dövlətlərinin ərazisindən keçməklə onların dünyanın ən dinamik iqtisadi-ticari münasibətlər şəbəkəsinə inteqrasiya olunması üçün həyati əhəmiyyət kəsb edir. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələrindən keçməklə Xəzər dənizinə və daha sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçməklə Qərbi Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və ən optimal marşrutdur. Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan son 20 ildə həyata keçirdiki geniş həcmli infrastruktur layihələri ilə  müstəsna rol oynayır. Bu layihənin uğurlu şəkildə həyata keçirilməsi türk dövlətlərinin iqtisadi inkişafına və bir-biri ilə artan əlaqələrinin dinamikasına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Qlobal məqsədlərə xidmət edən Orta Dəhliz həm də türk dövlətləri arasında ticari-iqtisadi münasibələrin daha da intensivləşməsinə və müvafiq siyasətin həyata keçirələcəyi halda türk geopolitik regionunu əhatə edən vahid iqtisadi zonanın təşəkkül tapmasına gətirib çıxaracaq. Vahid iqtisadi bazarın formalaşması isə öz növbəsində türk dövlətlərini vahid siyasi platforma ətrafında birləşdirməyə xidmət edəcək.  Beynəlxalq siyasət meydanında vahid siyasi platformadan çıxış edən  türk dövlətlərinin isə Avrasiya miqyasında vahid güc mərkəzinə çevrilmək imkanı böyükdür.

Cavansir FEYZİYEV,
Milli Məclisin deputatı, fəlsəfə doktoru





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ