şənbə günü, 15 avqust 2026
     

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir

Image


Bu gün ölkə və dünya mətbuatında müzakirə olunan mövzulardan biri də Gürcüstan parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin yenidən müzakirəyə çıxarılması və ölkədə siyasi qarşıdurmanın dərinləşməsidir. Hökumət bu qanunun qəbulunun ölkədə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflığın təmin olunmasına, demokratiyanın, söz azadlığının inkişafına xidmət edəcəyini bəyan edir. Lakin müxalifət və onları dəstəkləyən qeyri-hökumət təşkilatları, mətbuat orqanları bu qanunun qəbuluna qarşı çıxır. Sənədə əsasən, həmin qurumlar ildə bir dəfə maliyyənin haradan və hansı məqsədlər üçün daxil olduğu barədə məlumat verməlidir. Qanun layihəsində nəzərdə tutulan şərtlərə əsasən, ölkə daxilində maliyyə vəsaitinin 20 faizini xarici dövlətlərdən alan QHT-lərin və media qurumlarının "xarici agentlər" reyestrinə daxil edilməsi təklif olunur.

Sözügedən qanun layihəsi ilə bağlı xaricdən gələn tənqidi fikirlər də diqqətdən kənarda qalmır. Bu baxımdan ki, tənqid daha çox Avropa İttifaqı, bəzi Qərb dövlətləri və ABŞ tərəfindən səsləndirilir. Maraqlısı budur ki, bu gün Gürcüstanı belə bir sənədin qəbuldan çəkindirməyə çalışan ABŞ, Böyük Britaniya, Fransa və digər Qərb dövlətlərinin özləri vaxtilə belə qanunlar qəbul edib. Göründüyü kimi, paradoksal haldır ki, Qərb özü xarici agentlər barədə normativ-hüquqi aktlar qəbul edir, xaricdən maliyyələşməni yasaqlayır, amma digər ölkələrə bunu qadağan etməyə çalışır.

Bu fikirləri siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. Vüqar Rəhimzadə qeyd edib ki, Gürcüstanda qarşıdurmaların dərinləşməsinə Avropa İttifaqının və Qərbin dəstəyi müxtəlif fikirlərin yaranmasına səbəb olmaya bilməz. Görünən odur ki, Qərb məqsədli şəkildə qonşu ölkədə qarışıqlıq yaratmağa çalışır.

V.Rəhimzadə vurğulayıb ki, beynəlxalq müzakirəyə səbəb olan bu qanun layihəsi reallıqda gürcü xalqının ümummilli dəyərlərinin və dövlət maraqlarının qorunmasına xidmət edir. Maliyyələşmədə qaranlıq məqamların mövcudluğu bu prosesin subyektləri olan QHT-lərin fəaliyyətində də özünü aydın şəkildə nümayiş etdirir ki, son nəticədə bundan zərbə alan dövlət olur. Bu baxımdan xarici təsirin şəffaflığının təmin edilməsi hər bir ölkə üçün vacib amillərdən biridir. Avropa İttifaqının və Qərbin hər bir ölkənin daxili işi olan bu məsələdən narahatlıq keçirməsi təəccüb doğurmaya bilməz. Dünya gücləri ikili standartlara əsaslanan siyasətin yaratdığı problemlərin nə qədər şahidinə çevrilsələr də, görünən odur ki, hələ də bu xəstəlikdən yaxa qurtara bilmirlər. Bu baxımdan hazırda Qərbin Gürcüstan parlamentinin qəbul etmək ərəfəsində olduğu məlum qanun layihəsi ətrafında yaratdığı "narazılıq görüntüsü"nün arxasında hansı maraqların dayandığı məlumdur. Daim bu və ya digər dövlətlərə "demokratiya dərsi" keçməyə cəhd edən Qərb ölkələri əvvəlcə özlərində baş verən hadisələrə diqqət yetirsələr daha yaxış olar. Demokratik dəyərlərə yanaşmada vahid mexanizmin olmaması, ədalət meyarının qorunmaması daim problemlərə, etimad mühitinin sıfıra enməsinə səbəb olur.

Vüqar Rəhimzadə qeyd edib ki, Avropa Parlamenti ötən ay Gürcüstan parlamentində müzakirə olunan "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ilə bağlı qətnamə qəbul edib. Həmin sənəddə "xarici agentlər" haqqında qanun layihəsinin dəyərlərə və Gürcüstanın Avropa İttifaqına üzvlük ambisiyalarına zidd olduğu, onun beynəlxalq nüfuzuna xələl gətirdiyi və ölkənin Avroatlantik istəklərini təhlükə altına aldığı qeyd olunub. Reallıq budur ki, Gürcüstan Avropa İttifaqına üzv qəbul olunmaq üçün illərdir səy göstərir. Lakin qarşı tərəf ölkənin bunun üçün perspektivinin olduğunu bildirsə də, hələ şərtlərə uyğun olaraq atacağı çox addımların olduğunu bəhanə gətirir. Onlardan biri də Gürcüstanın Avropa dəyərlərinə sadiqliyi məsələsidir. Amma Avropa İttifaqına üzvlük üçün mövcud şərtlər zamana və məkana görə dəyişir. Qardaş Türkiyənin Avropa İttifaqına üzvlüyünə mane olan məqamlar, daha dəqiq desək, qurumun irəli sürdüyü şərtlər hər kəsə məlumdur. Burada şərt kimi Avropa dəyərlərinə sadiqlik məsələsi irəli sürülmür. Qondarma "erməni soyqırımı" məsələsinin Türkiyə tərəfindən qəbulu, Ermənistanla sərhədlərin açılması və sair kimi şərtlər irəli sürülür. Nəzərə alsaq ki, Ermənistana dəstək göstərənlər sırasında Avropa İttifaqı xüsusi yer tutur, bu halda qurumun hansı dəyərlərə önəm verdiyini görməmək mümkün deyil.

Vüqar Rəhimzadə Avropa İttifaqının xanım Ursula fon der Lyayenin rəhbərliyi ilə xaricdən maliyyələşmənin qadağan edilməsinə dair sənəd hazırlanması faktını önə çəkərək bildirib ki, bu özü Gürcüstan parlamentinin müzakirəyə çıxardığı qanun layihəsi ilə Qərbin cəhdlərinin arxasında əks maraqların dayandığını bir daha təsdiq edir. Qərb Gürcüstanda yaratdığı və maliyyələşdirdiyi şəbəkənin ifşa olunmasını istəmir.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ